16 sentyabr 2026. Çərşənbə

“Qarabağ” çempionata qələbə ilə başladı


“Qarabağ” çempionata qələbə ilə başladı

Misli Premyer Liqasında I tura yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, turun sonuncu oyununda “Qarabağ” doğma meydanda “Şamaxı”nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Köhlən atlar” hesabı 29-cu dəqiqədə açıblar. Renaldo Sefas komandasını önə keçirib. “Şamaxı” ilk hissənin sonlarında hesabı bərabərləşdirib. Edqar Adilxanov 44-cü dəqiqədə fərqlənib.

“Qarabağ” ikinci hissədə yenidən üstünlüyü ələ keçirib. 59-cu dəqiqədə Rikardo Apolinario avtoqol müəllifi olub. Qarşılaşmada son nöqtəni isə 85-ci dəqiqədə Aleksey Kaşuk qoyub.

Beləliklə, “Qarabağ” çempionata qələbə ilə başlayıb.

Qeyd edək ki, I turun digər oyunlarında “Turan Tovuz” “Qəbələ”ni 1:0, “Sabah” “Kəpəz”i 2:0, “Neftçi” isə “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “İmişli” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 0:0.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol