16 avqust 2026. Bazar günü

Bordin mənə zəng vurub, kömək istədi - Sansone


Bordin mənə zəng vurub, kömək istədi - Sansone
"Azərbaycanda üç ay yarım keçirdim. Karyeramda dəyişikliklər etmək istəyirdim".

Corner.az xəbər verir ki, bu sözləri “Neftçi”nin  sabiq futbolçusu Canluka Sansone deyib.

İtaliyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında "ağ-qaralar"dan tez ayrılmasının səbəbini açıqlayıb: “Neftçi”də çalışan italiyalı baş məşqçi Roberto Bordin mənə zəng vurub, kömək göstərməyimi xahiş etdi. Mən də razılaşdım. Amma geri tez qayıtdım. Çünki orada asan deyildi. Fərqli mədəniyyəti hiss edirdim. Həm də 32 yaşında evli olmamağım mənə çətinlik yaradırdı”.

Qeyd edək ki, hazırda D seriyası təmsilçisi “Audase”da çıxış edən Sansone 2019-cu ilin fevralından mayına qədər “Neftçi”də oynayıb və 11 matçda 2 qol vurub.





Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer