5 oktyabr 2026. Bazar ertəsi

AFFA-dan Premyer Liqanın I turu ilə bağlı qərarlar


AFFA-dan Premyer Liqanın I turu ilə bağlı qərarlar

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının I turu üzrə baş tutan oyunlarla bağlı qərarlarını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, “Sumqayıt” – “Neftçi” qarşılaşmasının 74-cü dəqiqəsində rəqibə qarşı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan Səbuhi Abdullazadə 5 oyunluq diskvalifikasiya edilib. “Sumqayıt” klubu isə 3 000 manat məbləğində cərimələnib.

Həmin görüşdə “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün Bakı təmsilçisinə 700 manat cərimə tətbiq olunub.

“Qarabağ” – “Şamaxı” matçında da intizam cəzası qeydə alınıb. Qonaq komandanın 4 futbolçusunun sarı vərəqə alması səbəbindən “Şamaxı” 700 manat məbləğində cərimələnib.







Misli Premyer liqa