16 avqust 2026. Bazar günü

Zirə və Qarabağ uduzdu


Zirə və Qarabağ uduzdu

Bu gün Azərbaycan birinci divizionunda 7-ci turun oyunlarına start verilib. 

Corner.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Keşlə”nin əvəzedicilərdən ibarət komandası “Ağsu” ilə ev oyununda darmadağınla qələbə qazanıb. “Kəpəz” isə “Qarabağ”ın əvəzedicilərini minimal hesabla məğlub edib. “Qaradağ Lökbatan” da “Zirə”nin əvəzedicilərinə oxşar hesabla qalib gəlib.

“Neftçi-2” – “Zaqatala” matçında isə qonaqlar inamlı qələbə qazanıb.

Birinci Divizion

7-ci tur

18 oktyabr

“Qaradağ Lökbatan” – “Zirə-2” 1:0
Qol:
 Rövşən Şahmuradov, 81.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Səbuhi Soltanov, Rauf Allahverdiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

“Neftçi-2” – “Zaqatala” 1:2
Qol:
 Əlibəy Məmmədli, 63 – Famil Camalov, 40-pen. Coşqun Əsədzadə, 86-öz qapısına.
Hakimlər: Orxan Məmmədov, Elman Kərimov, Kərim Zeynalov, Fərid Hacıyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).

“Kəpəz” – “Qarabağ-2” 1:0
Qol:
 Nodar Məmmədov, 84.
Hakimlər: Etibar Həsənov, Teymur Teymurov, Ruslan Quliyev, Kamranbəy Rəhimov.
Gəncə şəhər stadionu.

“Keşlə-2” – “Ağsu” 4:0
Qol:
 Elmir Rəhimzadə, 61. Xəzər Mahmudov, 62; 68. Elmir Rəhimzadə, 77.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Kamran Bayramov, Rəşad Əhmədov.
“AZAL Arena”.

Tura sabah keçiriləcək MOİK – “Sabah-2”, “Sumqayıt-2” – “Turan Tovuz” oyunu ilə yekun vurulacaq.







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer