22 avqust 2026. Şənbə

“Şəfa” səfərdə “Qəbələ”yə qalib gəldi


“Şəfa” səfərdə “Qəbələ”yə qalib gəldi

Misli Premyer Liqasında II tura start verilib.

90deqiqe.Az-ın məlumatına görə, turun açılış oyununda “Qəbələ” doğma meydanda “Şəfa” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın taleyini 69-cu dəqiqədə vurulan qol həll edib. “Şəfa”nın heyətində Musa Quel fərqlənərək komandasına üç xal qazandırıb.

Beləliklə, “Şəfa” Misli Premyer Liqasının II turuna qələbə ilə başlayıb.

Qeyd edək ki, turun qalan oyunları avqustun 23-dək keçiriləcək. Avrokuboklardakı çıxışla əlaqədar “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” qarşılaşmaları daha sonra oynanılacaq.







Misli Premyer liqa

“Sumqayıt”ın futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 14:17 17.08.2026
“Sumqayıt”ın futbolçusu əməliyyat olunub