- Misli Premyer liqa
- 23:20 22.08.2026
Misli Premyer Liqasının II turunda daha bir qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, “Zirə” doğma meydanda “İmişli”ni qəbul edib. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Zirə”nin heyətində Eren Aydın 43-cü dəqiqədə hesabı açıb. 80-ci dəqiqədə Ruan Renato fərqi iki topa çatdırıb. Qonaqlar 82-ci dəqiqədə Dioqo Almeydanın qolu ilə fərqi azaltsalar da, meydan sahibləri əlavə vaxtda daha bir dəfə fərqləniblər. Davit Volkov 90+6-cı dəqiqədə yekun hesabı müəyyənləşdirib.
Beləliklə, “Zirə” mövsümün ikinci turunda da qələbə qazanaraq xallarını artırıb.
Qeyd edək ki, II turun açılış oyununda “Şəfa” səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. Tur avqustun 23-də keçiriləcək qarşılaşmalarla yekunlaşacaq. Avrokuboklardakı çıxışla əlaqədar “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” görüşləri isə təxirə salınıb.