24 avqust 2026. Bazar ertəsi

“Turan Tovuz” – “Şamaxı” matçında qalib müəyyənləşmədi


“Turan Tovuz” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

Misli Premyer Liqasının II turunda daha bir qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün ilk oyununda “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edib. Tovuz şəhər stadionunda baş tutan görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Beləliklə, hər iki komanda turdan bir xalla ayrılıb. “Turan Tovuz” mövsümün əvvəlində “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdiyi halda, “Şamaxı” ilk turda “Qarabağ”a 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Şəfa” səfərdə “Qəbələ”ni 1:0, “Zirə” isə evdə “İmişli”ni 3:1 hesabı ilə məğlub edib.

Günün digər qarşılaşmasında “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Avrokuboklardakı çıxışla əlaqədar “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” görüşləri isə təxirə salınıb.







Misli Premyer liqa