24 avqust 2026. Bazar ertəsi

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağın edərək liderliyə yüksəldi


“Neftçi” “Araz-Naxçıvan”ı darmadağın edərək liderliyə yüksəldi

Misli Premyer Liqasının II turunda daha bir qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, “Neftçi” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. “Palms Sports Arena”da keçirilən görüş Bakı təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ağ-qaralar”ın qollarını Breno Almeyda (2), Falaye Sako, İqor Ribeyro və Endryu Qraviyon vurublar.

Bu nəticə ilə xallarını 6-ya çatdıran “Neftçi” turnir cədvəlinin zirvəsinə yüksəlib. Eyni xala malik “Zirə” ikinci pillədə qərarlaşıb. “Araz-Naxçıvan” isə 1 xalla 9-cu sıradadır.

Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Şəfa” səfərdə “Qəbələ”ni 1:0, “Zirə” isə evdə “İmişli”ni 3:1 hesabı ilə məğlub edib.

Avrokuboklarda iştirakı ilə əlaqədar “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” qarşılaşmaları təxirə salınıb.







Misli Premyer liqa