- Misli Premyer liqa
- 20:55 24.08.2026
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının II turunda keçirilən “Turan Tovuz” – “Şamaxı” qarşılaşmasında yaşanan mübahisəli epizoda aydınlıq gətirib.
90deqiqe.Az-ın məlumatına görə, Həsənov cərimə zərbəsindən sonra topun qapı xəttini tam keçib-keçməməsi ilə bağlı görüntüləri dəyərləndirib.
Onun sözlərinə görə, topun qapı xəttini keçdiyini təsdiqləyən kifayət qədər aydın görüntü olmayıb:
“Bu halda VAR müdaxiləsinə ehtiyac yoxdur və meydanda hakimin ilkin qərarının qüvvədə saxlanılması düzgün yanaşmadır”.
Beləliklə, Hakimlər Komitəsi sözügedən epizodda VAR müdaxiləsinin edilməməsini və meydan hakiminin qərarının qüvvədə saxlanılmasını doğru hesab edib.
Qeyd edək ki, “Turan Tovuz” – “Şamaxı” oyunu qolsuz heç-heçə ilə yekunlaşıb.