7 avqust 2026. Cümə

Qurban Qurbanov “avtoşluq” edən futbolçunu əsas heyətdən kənarlaşdırdı


Qurban Qurbanov “avtoşluq” edən futbolçunu əsas heyətdən kənarlaşdırdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçu Araz Abdullayevi Premyer Liqanın VIII turunda “Qəbələ” ilə səfərə gedən heyətə daxil etməyib.

Corner.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə “Instagram” səhifəsində şəxsi avtomobilini yüksək sürətlə idarə etməsinin görüntülərini yerləşdirdiyi üçün baş məşqçinin qəzəbinə tuş gəlib.

Azərbaycan millisinin üzvü barədə yekun qərarın necə olacağı hələlik bilinmir.

Abdullayev 2013-cü ildə idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, bu gün keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı