7 avqust 2026. Cümə

Elmar Baxşıyev: Layiqli heç-heçəyə nail olduq


Elmar Baxşıyev: Layiqli heç-heçəyə nail olduq

"Matçdan öncə hansı taktika ilə oynayacağımız üzərində işləyirdik. Öz oyun üslubumuzu yeridə bildik və layiqli heç-heçə əldə etdik".

Corner.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib. 

Gənc mütəxəssis komandada irəliləyişlərin olduğunu bildirib: "Hər gün komanda ilə birgəyik. Hiss edirdik ki, kollektiv oyuna hazırdıq. Planlaşdırdığımızı "Zirə" ilə yoxlama oyununda da gördük. Ardını isə bu matçda gətirdik".

Baxşıyev baş məşqçi postunda Sənan Qurbanovu əvəzlədikdən sonra ciddi dəyişiklik etmədiklərini söyləyib: "Eyni komanda, eyni oyunçulardır. Heç nə dəyişməmişik. Sadəcə, kollektiv nəticəyə inanır. İşimiz komandanı optimal formaya gətirməkdir. "Qarabağ"ın adı kifayət edir ki, komanda matça motivasiyalı çıxsın".(report)







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı