7 avqust 2026. Cümə

Qarabağ'dan ilk xal itkisi, Keşlə qələbəni son anda əldən verdi


Qarabağ'dan ilk xal itkisi, Keşlə qələbəni son anda əldən verdi

Azərbaycan Premyer Liqasında 2-ci dövrə 8-ci turun oyunları ilə başlayıb.

Corner.az xəbər verir ki,  lider  “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub. Matç 1:1 hesabı ilə yekunlaşıb. Bu, Ağdam klubunun bu mövsümdə ölkə çempionatında ilk xal itkisi olub. Qurban Qurbanovun komandası bundan əvvəlki 7 oyunun hamısında qələbə qazanmışdı.

 Günün digər matçında  “Keşlə” öz doğma meydanında “Sabah”ı qəbul edib və görüşdə qalib müəyyənləşməyib -1:1.
 
Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” - “Zirə”, “Səbail” - “Sumqayıt” oyunu ilə yekun vurulacaq.
 
Azərbaycan Premyer Liqası
19 oktyabr

19:15.“Keşlə” – “Sabah” - 1:1
Qollar: 
Vüsal İsgəndərli, 16 (1:0), Hendrik Ekşteyn, 90+2 (1:1)
Qırmızı vərəqə: Filip İvanoviç, 90+3-ikinci sarı vərəqə ("Sabah")
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı.
“ASCO Arena”

 
17:00. “Qəbələ” – “Qarabağ” - 1:1
Qollar: 
Qismət Alıyev, 3 (1:0), İsmayıl İbrahimli, 9 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı