12 oktyabr 2026. Bazar ertəsi

“Qarabağ” heyətini nigeriyalı forvardla gücləndirdi


“Qarabağ” heyətini nigeriyalı forvardla gücləndirdi

“Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az-ın məlumatına görə, Ağdam təmsilçisi Polşanın “Qurnik” (Zabje) klubunda çıxış edən Taofik İsmahilin transferini rəsmiləşdirib.

Tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnib və 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Nigeriyalı forvard yeni komandasında 19 nömrəli forma ilə çıxış edəcək.

Taofik İsmahil karyerası ərzində Norveçdə “Şeyd”, “Fredrikstad” və “Volorenqa”, Fransada “Loryan”, Belçikada “Beveren” klublarının formasını geyinib. Hücumçu 2024-cü ildə Polşanın “Qurnik” klubuna keçib. O, həmçinin “Lex”də çıxış edib.

Qeyd edək ki, İsmahilin “Qarabağ”a keçidi klubun yay transfer pəncərəsində həyata keçirdiyi növbəti transferdir.







Misli Premyer liqa

“Qarabağ” “İmişli”yə qalib gəldi
  • Misli Premyer liqa
  • 20:04 11.10.2026
“Qarabağ” “İmişli”yə qalib gəldi
“Neftçi” “Sabah”la heç-heçə etdi
  • Misli Premyer liqa
  • 21:37 09.10.2026
“Neftçi” “Sabah”la heç-heçə etdi