- Misli Premyer liqa
- 22:20 27.08.2026
Transfer çalışmalarını davam etdirən “Qarabağ” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Almaniyanın U-21 millisinin sabiq üzvü Reda Xadranın transferi ilə bağlı Fransanın “Reyms” klubu ilə danışıqlar uğurla yekunlaşıb.
25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. Almaniyalı futbolçu yeni komandasında 10 nömrəli forma ilə çıxış edəcək.
Dortmund “Borussiya”sının yetirməsi olan Xadra 2021-ci ildə Almaniya klubundan İngiltərənin “Brayton” komandasına keçib. Karyerası ərzində “Birminhem”, “Şeffild Yunayted” və “Blekbern” klublarında da forma geyinib.
Futbolçu 2023-cü ildən “Reyms”in heyətində çıxış edib. Xadra daha əvvəl “Havr” klubunun da formasını geyinib.
Reda Xadra Almaniyanın U-18 və U-21 milli komandalarında da çıxış edib.
Qeyd edək ki, bu transfer “Qarabağ”ın yay transfer pəncərəsində həyata keçirdiyi növbəti keçiddir.