7 avqust 2026. Cümə

Mənim üçün gözlənilməz ssenari alındı - Tərlan Əhmədov


Mənim üçün gözlənilməz ssenari alındı - Tərlan Əhmədov

"Mənim üçün gözlənilməz ssenari alındı, müdafiə futbolu oynadıq. Görünür, rəqib bizi yaxşı analiz edib. Buna baxmayaraq qol şanslarımız oldu. Hər iki komanda imkanlarından yararlana bilsəydi, bol qollu oyun olacaqdı".
 
Corner.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Sabah"la 1:1 hesabı ilə bərabərə qaldıqları oyundansonra söyləyib.

48 yaşlı mütəxəssis nəticəni ədalətli hesab edib : "Yaralı yerim ehtiyat skamyasında oyunu gücləndirəcək futbolçu tapa bilməməyimdir. Bunu bəhanə etmək istəmirəm. Ancaq ehtiyat qüvvə olsa, daha yaxşı nəticə qazanmaq olar".
 
T.Əhmədov komandalar fasiləyə yollanan zaman "Keşlə" rəsmiləri ilə əyləşən bir şəxsin komandanın futbolçusu Rəşad Sadiqova kobud şəkildə irad tutmasına da münasibət bildirib: "Soyunub-geyinə otağında Rəşadı əsəbi gördüm. Dedilər belə bir şey olub. Kim olduğunu bilmədim".

O, matçın 33-cü dəqiqəsində zədələnən Ruslan Qurbanovun zədəsinin süni örtükdən qaynaqlandığını və ciddi bir şey olmadığına ümid etdiyini söyləyib.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı