14 oktyabr 2026. Çərşənbə

“İmişli” səfərdə “Şəfa”ya qalib gəldi


“İmişli” səfərdə “Şəfa”ya qalib gəldi

Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün ikinci qarşılaşmasında “Şəfa” doğma meydanda “İmişli”ni qəbul edib. Görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın taleyini 55-ci dəqiqədə vurulan qol həll edib. Seyxan Fərəcov fərqlənərək “İmişli”yə üç xal qazandırıb.

Bu qələbədən sonra xallarının sayını 4-ə çatdıran “İmişli” turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Şəfa” isə 3 xalla yeddinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun ilk oyununda “Qəbələ” ilə “Şamaxı” qolsuz heç-heçə edib – 0:0.

Misli Premyer Liqasında III turun digər qarşılaşmaları avqustun 30-u və 31-də keçiriləcək.







Misli Premyer liqa

“Qarabağ” “İmişli”yə qalib gəldi
  • Misli Premyer liqa
  • 20:04 11.10.2026
“Qarabağ” “İmişli”yə qalib gəldi
“Neftçi” “Sabah”la heç-heçə etdi
  • Misli Premyer liqa
  • 21:37 09.10.2026
“Neftçi” “Sabah”la heç-heçə etdi