16 sentyabr 2026. Çərşənbə

“Kəpəz” doğma meydanda “Turan Tovuz”a qalib gəldi


“Kəpəz” doğma meydanda “Turan Tovuz”a qalib gəldi

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Gəncə şəhər stadionunda “Kəpəz” və “Turan Tovuz” komandaları üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün taleyini 47-ci dəqiqədə vurulan qol həll edib. Viktor Stinya fərqlənərək “Kəpəz”ə doğma meydanda üç xal qazandırıb.

Turun daha bir oyununda “Zirə” öz meydanında “Neftçi”ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 20:15-də başlayacaq.

Qeyd edək ki, III turun ilk oyunlarında “Qəbələ” ilə “Şamaxı” qolsuz heç-heçə edib – 0:0. “İmişli” isə səfərdə “Şəfa”nı 1:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqasının III turuna avqustun 31-də keçiriləcək iki oyunla yekun vurulacaq.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol