16 sentyabr 2026. Çərşənbə

“Zirə” “Neftçi”ni məğlub edərək liderliyə yüksəldi


“Zirə” “Neftçi”ni məğlub edərək liderliyə yüksəldi

Misli Premyer Liqasının III turunda növbəti qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda “Zirə” və “Neftçi” komandaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qol fasilə ərəfəsində vurulub. Qarşılaşmanın 45+3-cü dəqiqəsində “Zirə”nin kapitanı Qismət Alıyev topu “Neftçi”nin qapısından keçirərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran “Zirə” turnir cədvəlinin lideri olub. “Neftçi” isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “İmişli” “Şəfa”nı 1:0, “Kəpəz” “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib. “Qəbələ” – “Şamaxı” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 0:0.

III tura avqustun 31-də keçiriləcək oyunlarla yekun vurulacaq.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol