16 oktyabr 2026. Cümə

“Sabah” “Araz-Naxçıvan”a qalib gəldi


“Sabah” “Araz-Naxçıvan”a qalib gəldi

Misli Premyer Liqasının III turunda növbəti qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün ilk matçında son ölkə çempionu “Sabah” səfərdə “Araz-Naxçıvan”la üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən görüş Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qol ikinci hissənin əvvəlində vurulub. 49-cu dəqiqədə Patrik Orfe Mbina fərqlənərək “Sabah”a üç xal qazandırıb.

Bu qələbədən sonra rəqiblərindən bir oyun az keçirən “Sabah” xallarının sayını 6-ya çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Araz-Naxçıvan” isə 1 xalla 11-ci sıradadır.

Günün ikinci qarşılaşmasında “Qarabağ” səfərdə “Sumqayıt”ın qonağı olacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “İmişli” “Şəfa”nı, “Kəpəz” “Turan Tovuz”u, “Zirə” isə “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. “Qəbələ” – “Şamaxı” görüşündə isə qalib müəyyənləşməyib – 0:0.







Misli Premyer liqa

“Qarabağ” “İmişli”yə qalib gəldi
  • Misli Premyer liqa
  • 20:04 11.10.2026
“Qarabağ” “İmişli”yə qalib gəldi
“Neftçi” “Sabah”la heç-heçə etdi
  • Misli Premyer liqa
  • 21:37 09.10.2026
“Neftçi” “Sabah”la heç-heçə etdi