31 avqust 2026. Bazar ertəsi

“Neftçi” Xorvatiya millisinin sabiq üzvünü transfer etdi


“Neftçi” Xorvatiya millisinin sabiq üzvünü transfer etdi

“Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Xorvatiya təmsilçisi Viçko Şevel “ağ-qaralar”ın yeni oyunçusu olub.

25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Şevel yeni komandasında 88 nömrəli forma ilə çıxış edəcək.

Əsas mövqeyi müdafiənin sol cinahı olan xorvatiyalı futbolçu mərkəz müdafiəçisi və sağ cinah müdafiəçisi kimi də oynaya bilir. O, karyerası ərzində Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.

Şevelin sonuncu komandası “Dandi Yunayted” olub. Müdafiəçi ötən mövsüm Şotlandiya klubunun heyətində bütün turnirlərdə 40 oyuna çıxıb və 3 məhsuldar ötürmə verib.

O, 2026/2027 mövsümündə də “Dandi Yunayted”in heyətində aktiv olub. Şotlandiya çempionatının ilk üç turunun hamısında, Liqa Kubokunda isə keçirilən beş oyunun hər birində meydana çıxıb.







Misli Premyer liqa

“Qarabağ” “Sumqayıt”a qalib gəldi
  • Misli Premyer liqa
  • 22:12 31.08.2026
“Qarabağ” “Sumqayıt”a qalib gəldi
“Sabah” “Araz-Naxçıvan”a qalib gəldi
  • Misli Premyer liqa
  • 20:03 31.08.2026
“Sabah” “Araz-Naxçıvan”a qalib gəldi
Misli Premyer Liqasında III tura start verildi
  • Misli Premyer liqa
  • 19:58 29.08.2026
Misli Premyer Liqasında III tura start verildi