16 sentyabr 2026. Çərşənbə

“Qarabağ” “Sumqayıt”a qalib gəldi


“Qarabağ” “Sumqayıt”a qalib gəldi

Misli Premyer Liqasında III turun son oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, günün ikinci qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Qarabağ”ı qəbul edib. Görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qol ilk hissənin sonunda vurulub. 45-ci dəqiqədə Jali Muaddib penaltini dəqiq yerinə yetirərək “Qarabağ”a qələbə qazandırıb.

Qonaqlar 32-ci dəqiqədən etibarən azlıqda mübarizə aparıblar. Bu zaman Kadi Borges birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran “Qarabağ” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Sumqayıt” isə xalsız olaraq sonuncu – 12-ci sırada yer alıb. Qeyd edək ki, hər iki komandanın II tur çərçivəsində keçirilməli olan oyunu təxirə salınıb.

III turun ilk matçında “Sabah” səfərdə “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib.

Turun digər görüşlərində “İmişli” “Şəfa”nı, “Kəpəz” “Turan Tovuz”u, “Zirə” isə “Neftçi”ni eyni – 1:0 hesabı ilə üstələyib. “Qəbələ” – “Şamaxı” qarşılaşması isə qolsuz heç-heçə ilə yekunlaşıb.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol