4 noyabr 2026. Çərşənbə

Bu hesab işimə mənfi təsir göstərməyəcək - Zaur Həşimov


Bu hesab işimə mənfi təsir göstərməyəcək - Zaur Həşimov

“Oyun göz qabağındadır. “Neftçi” bizdən üstün idi və bu da nəticədə özünü göstərdi”.

Corner.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisu Zaur Həşimov Premyer Liqanın 8-ci turunda bu gün “Neftçi”yə uduzduqları görüşdən sonra mətbuat konfransında deyib.


O, 0:3 hesablı məğlubiyyi şərh edərkən ruhdan düşməyəcəklərini bildirib: “İlk iki qolu uğursuz buraxdıq, bu da komandaya təsir etdi. Ümumən, “Neftçi” layiqli qələbə qazandı. Ancaq biz də təslim olmayacağıq. Vəziyyəti düzəltmək üçün çalışacağıq.

Bu hesab mənim işimə mənfi təsir göstərməyəcək. Əlimi aşağı salmayacam, əksinə, daha artıq işləyəcəyik. Dayanmaq olmaz, davam etmək lazımdı, edəcəyik də”.







Misli Premyer liqa