- Misli Premyer liqa
- 20:10 02.09.2026
“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev əməliyyat olunub.
Ağdam klubundan 90deqiqe.Az-a məlumatına görə, futbolçu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə keçirilən cavab oyununda zədələnib.
Avqustun 13-də baş tutan qarşılaşmada xəsarət alan Cəfərquliyevin sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin (m. semitendinosus) distal vətərində zədələnmə müəyyən edilib.
Bu səbəbdən futbolçu cərrahi əməliyyat keçirib. Klubdan verilən məlumata görə, əməliyyat uğurla başa çatıb.
Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi “Qarabağ”ın tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.