20 oktyabr 2026. Çərşənbə axşamı

“Qəbələ” doğma meydanda “İmişli”yə qalib gəldi


“Qəbələ” doğma meydanda “İmişli”yə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.

90deqiqe.Az-ın məlumatına görə, turun ilk qarşılaşması Qəbələdə keçirilib. Şəhərin eyniadlı komandası doğma meydanda “İmişli”ni qəbul edib. Görüş “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra “Qəbələ” 4 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. Eyni xala malik “İmişli” isə yeddinci sırada yer alıb.

Turun bu gün keçiriləcək digər matçında “Kəpəz” Gəncə şəhər stadionunda “Şamaxı” ilə qarşılaşacaq. Görüş saat 20:15-də başlayacaq.

IV turun digər oyunları sentyabrın 5-6-da keçiriləcək.







Misli Premyer liqa

“İmişli” “Turan Tovuz”u məğlub edib
  • Misli Premyer liqa
  • 17:05 18.10.2026
“İmişli” “Turan Tovuz”u məğlub edib
“Sabah” “Qəbələ”ni darmadağın edib
  • Misli Premyer liqa
  • 18:01 17.10.2026
“Sabah” “Qəbələ”ni darmadağın edib