4 noyabr 2026. Çərşənbə

Səbailin futbolçusundan rekord göstərici


Səbailin futbolçusundan rekord göstərici

Fəhmin Muradbəyli “Səbail”in heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçu adına sahib olub.

Corner.az xəbər verir ki, bu, mövsümün VIII turunun “Sumqayıt”la görüşündə (0:2) rəsmiləşib.

“ASCO Arena”dakı qarşılaşma yarımmüdafiəçinin “Səbail”in heyətində 44-cü çempionat matçı olub. Fəhmin bununla da klubun formasını 43 dəfə geyinən Maudo Jarjueni arxada qoyub.

Qeyd edək ki, Fəhmin “Səbail”də 3-cü mövsümünü keçirir. O, komandasının Premyer Liqada debüt etdiyi 2017/18 mövsümündə 13, ötən çempionatda 24 oyun keçirib. Hər iki mövsümdə 3 qol vuran yarımmüdafiəçi cari çempionatda 7 matçda iştirak edib.







Misli Premyer liqa