17 mart 2026. Çərşənbə axşamı

Kəpəz'lə Neftçi'nin rekordu qırılmadı


Kəpəz'lə Neftçi'nin rekordu qırılmadı

“Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı qələbə seriyası sona çatıb.

Corner.az xəbər verir ki, mövsümdə ilk xal itkisi ilə üzləşən Qurban Qurbanovun yetirmələri səfərdə “Qəbələ” ilə görüşdə heç-heçə edib – 1:1.

Bununla da Ağdam klubunun 15 qələbədən ibarət seriyası sona çatıb. Ötən mövsümdə, martın 9-da keçirilən “Zirə” ilə ev oyunundakı (0:0) xal itkisindən sonra bütün qarşılaşmalarda qalib gələn “Qarabağ” bu 15 matçda 43 top vurub və 5-ni buraxmışdı. Ötən çempionatda 8, cari mövsüm 7 qələbə qazanan əyalət klubunun göstəricisi tarixdə 3-cüdü. 224 gündən sonra xal itirən ağdamlılar yalnız “Kəpəz”lə “Turan”dan geri qalır.

Azərbaycan çempionatlarının 27 illik tarixində iki dəfə daha uzun qələbə seriyasına təsadüf olunub. 1994-cü ilin fevralından sentyabrına qədər 16 oyunda xal itirməyən “Turan”ın seriyası 1993/94 və 1994/95 mövsümlərini əhatə edib. Bu rekord dörd ildən sonra yenilənib. “Kəpəz” 1996/97 mövsümündə, 1997-ci ilin noyabrından başlayaraq 20 qələbəni sıralayıb. Bu rekord seriyası 1997/98 mövsümünün əvvəlində, 1998-ci ilin sentyabrında başa çatıb.

Qeyd edək ki, ilk yeddi turda xal itirməyən “Qarabağ” mövsümün startındakı qələbə sayında 5-ci göstəriciyə şərik olub. “Neftçi”nin 12 (1992), 10 (1994/95) və 9 (1996/97), həmçinin “Şəfa”nın 8 (2003/04) qələbədən ibarət seriyaları keçilməz qalıb. Ağdam klubu “Neftçi”nin 2000/01, “Xəzər Lənkəran”ın 2007/08 mövsümündəki göstəricisini təkrarlayıb.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi