- Misli Premyer liqa
- 10:57 05.12.2025
“Səbail”in futbolçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasında 150-ci oyununa çıxıb.
Corner.az xəbər verir ki, bu, VIII turun “Sumqayıt”la matçına (0:2) təsadüf edib.
Ölkə çempionatında 2011/12 mövsümündə “Neftçi”nin futbolçusu kimi debüt edən hücumçu 150-yə iştirakçısı olduğu 9-cu çempionatda çatıb. O, ümumilikdə 6 komandanın formasını geyinib. “Xəzər Lənkəran”da daha çox – 59 oyun keçirən Ağabala “Sumqayıt”da 33, “Səbail”də 26, “Qarabağ”da 18, “İnter”də (indiki “Keşlə”) 13, “Neftçi”də 1 dəfə meydana çıxıb.
mövsüm | klub | oyun | qol |
2011/12 | Neftçi | 1 | 0 |
2012/13 | Xəzər Lənkəran | 19 | 1 |
2013/14 | Xəzər Lənkəran | 21 | 1 |
2014/15 | Xəzər Lənkəran | 19 | 4 |
2015/16 | Sumqayıt | 33 | 5 |
2016/17 | İnter | 13 | 4 |
2016/17 | Qarabağ | 12 | 0 |
2017/18 | Qarabağ | 6 | 0 |
2018/19 | Səbail | 18 | 7 |
2019/20 | Səbail | 8 | 3 |
CƏMİ |
| 150 | 25 |
Qeyd edək ki, Ramazanov Azərbaycan çempionatları tarixində 150 və daha çox oyun keçirən 230-cu futbolçudur.