20 oktyabr 2026. Çərşənbə axşamı

“Şamaxı” Gəncədə “Kəpəz”i darmadağın etdi


“Şamaxı” Gəncədə “Kəpəz”i darmadağın etdi

Misli Premyer Liqasının IV turunda “Şamaxı” səfərdə “Kəpəz” üzərində böyük hesablı qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, Gəncə stadionunda keçirilən qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Şamaxı”nın heyətində Tornike Axvlediani 9-cu, Uğur Cahangirov 21-ci, Ayman Bouali 63-cü, Həbib İsmayılov isə 76-cı dəqiqədə fərqlənib.

“Kəpəz”in heyətində isə yeganə qola 58-ci dəqiqədə Desmond Akua imza atıb.

Bu nəticədən sonra xallarını 5-ə çatdıran “Şamaxı” turnir cədvəlində 5-ci pilləyə yüksəlib. Gəncə təmsilçisi isə 3 xalla 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, IV turun açılış oyununda “Qəbələ” doğma meydanda “İmişli”ni 2:1 hesabı ilə məğlub edib.







Misli Premyer liqa

“İmişli” “Turan Tovuz”u məğlub edib
  • Misli Premyer liqa
  • 17:05 18.10.2026
“İmişli” “Turan Tovuz”u məğlub edib
“Sabah” “Qəbələ”ni darmadağın edib
  • Misli Premyer liqa
  • 18:01 17.10.2026
“Sabah” “Qəbələ”ni darmadağın edib