- Misli Premyer liqa
- 22:46 05.09.2026
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura daha bir oyunla davam edilib.
90deqiqe.Az xəbər verir ki, turun maraqla gözlənilən qarşılaşmasında son Azərbaycan çempionu “Sabah” ilk üç turda maksimum nəticə göstərən “Zirə”ni qəbul edib.
Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 5:0.
“Sabah”ın heyətində Coy-Lens Mikels het-triklə yadda qalıb. Velko Simiç və Kristian Nvaçukvu isə hərəyə bir dəfə fərqlənərək komandasının qələbəsinə töhfə veriblər.
Bu nəticədən sonra xallarını 9-a çatdıran “Sabah” turnir cədvəlinin lideri olub. Paytaxt təmsilçisinin ehtiyatında bir oyun da var. Eyni xala malik “Zirə” isə ikinci pilləyə geriləyib.
IV turun əvvəlki oyunlarında “Qəbələ” evdə “İmişli”ni 2:1, “Şamaxı” isə Gəncədə “Kəpəz”i 4:1 hesabı ilə məğlub edib.
Turun son oyununda “Neftçi” doğma meydanda “Şəfa”nı qəbul edəcək. IV tura sentyabrın 6-da keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.