6 sentyabr 2026. Bazar günü

“Neftçi”dən “Şəfa” üzərində böyükhesablı qələbə


“Neftçi”dən “Şəfa” üzərində böyükhesablı qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.

90deqiqe.Az xəbər verir ki, “Neftçi” doğma meydanda “Şəfa” ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi”nin heyətində Andrey Şkribek dubl edib. Rüfət Abbasov və Breno De Almeyda Mello Santana da adlarını tabloya yazdırıblar. “Şəfa”nın təsəlli qolunu isə Murad Musayev vurub.

Bu nəticədən sonra xallarını 9-a çatdıran “Neftçi” turnir cədvəlinin zirvəsinə yüksəlib. Eyni xala malik “Sabah” və “Zirə” isə müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, IV turun əvvəlki oyunlarında “Qəbələ” “İmişli”ni 2:1, “Şamaxı” “Kəpəz”i 4:1, “Sabah” isə “Zirə”ni 5:0 hesabı ilə məğlub edib.

IV tura sentyabrın 6-da keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.







Misli Premyer liqa

“Zirə” braziliyalı futbolçu transfer etdi
  • Misli Premyer liqa
  • 21:13 03.09.2026
“Zirə” braziliyalı futbolçu transfer etdi
“Qarabağ”ın futbolçusu əməliyyat olundu
  • Misli Premyer liqa
  • 20:10 02.09.2026
“Qarabağ”ın futbolçusu əməliyyat olundu