7 avqust 2026. Cümə

Təmkin hakimə niyə hücum edib? - "Sabah"dan açıqlama


Təmkin hakimə niyə hücum edib? - "Sabah"dan açıqlama
"Sabah"ın futbolçusu Təmkin Xəlilzadənin Azərbaycan Premyer Liqasının 8-ci turunda  “Keşlə” ilə görüşdən sonra hakimə hücum etməsi ilə bağlı klubdan açıqlama verilib.

Paytax təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib ki, futbolçunun hərəkəti hazırda araşdırılır:

“Bu məsələni hələ araşdırırıq. Təmkin sadəcə, hakimin qərarına etiraz edib. Məsələ araşdırıldığı üçün hələ ki, başqa nəsə demək çətindir".

Xatırladaq ki, "Keşlə" ilə 1:1 hesabı ilə başa çatan matçın final fitindən sonra millimizin üzvü görüşün baş hakimi Kamal Umudlunun üzərinə hücum edib. Bu zaman onu polislər meydandan çıxarıb. Bu hərəkətinə görə baş hakim T.Xəlilzadəyə qırmızı vərəqə göstərib.(qol)





Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı