22 oktyabr 2026. Cümə axşamı

“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi


“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi

Misli Premyer Liqasında IV turun növbəti qarşılaşması keçirilib.

 90deqiqe.Az-ın məlumatına görə, günün ilk oyununda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 9-cu dəqiqədə qonaqların futbolçusu Ronaldo Vaskez açıb. “Turan Tovuz” 20-ci dəqiqədə Jo Batistanın qolu ilə tarazlığı bərpa edib.

İkinci hissənin 60-cı dəqiqəsində Jorje Silva fərqlənərək Tovuz təmsilçisinə qələbə qazandıran qola imza atıb.

Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran “Turan Tovuz” turnir cədvəlində 4-cü pilləyə yüksəlib. “Sumqayıt” isə keçirdiyi 4 oyunda xal toplaya bilməyib və sonuncu – 12-ci sırada qərarlaşıb.

Günün digər matçında “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “İmişli”ni 2:1, “Şamaxı” “Kəpəz”i 4:1, “Sabah” “Zirə”ni 5:0, “Neftçi” isə “Şəfa”nı 4:1 hesabı ilə məğlub edib.







Misli Premyer liqa

“İmişli” “Turan Tovuz”u məğlub edib
  • Misli Premyer liqa
  • 17:05 18.10.2026
“İmişli” “Turan Tovuz”u məğlub edib
“Sabah” “Qəbələ”ni darmadağın edib
  • Misli Premyer liqa
  • 18:01 17.10.2026
“Sabah” “Qəbələ”ni darmadağın edib