7 sentyabr 2026. Bazar ertəsi

“Qarabağ” “Araz-Naxçıvan”ı məğlub etdi


“Qarabağ” “Araz-Naxçıvan”ı məğlub etdi

Misli Premyer Liqasında IV turun növbəti qarşılaşması keçirilib.

 90deqiqe.Az-ın məlumatına görə, günün ikinci oyununda “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 8-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Joni Montiel açıb. 67-ci dəqiqədə Renaldo Sefas fərqlənərək meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

“Araz-Naxçıvan” 72-ci dəqiqədə Luka Dumançiçin qolu ilə fərqi azaldıb. Lakin 89-cu dəqiqədə Musa Qurbanlı “Qarabağ”ın üçüncü qolunu vurub.

Qonaqlar qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Ağadadaş Salyanskinin qolu ilə hesabı 3:2-yə çatdırsalar da, bundan artığına gücləri çatmayıb.

Beləliklə, “Qarabağ” doğma meydanda 3:2 hesablı qələbə qazanaraq aktivinə növbəti 3 xalı yazdırıb.

Bu nəticədən sonra xallarını 9-a çatdıran Ağdam klubu turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Qarabağ”ın ehtiyatda bir oyunu da var. “Araz-Naxçıvan” isə 1 xalla 11-ci sıradadır.

Qeyd edək ki, turun ilk qarşılaşmasında “Turan Tovuz” “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edib.

Turun əvvəlki oyunlarında isə “Qəbələ” “İmişli”ni 2:1, “Şamaxı” “Kəpəz”i 4:1, “Sabah” “Zirə”ni 5:0, “Neftçi” isə “Şəfa”nı 4:1 hesabı ilə üstələyib.







Misli Premyer liqa

“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi
  • Misli Premyer liqa
  • 20:08 06.09.2026
“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi
“Zirə” braziliyalı futbolçu transfer etdi
  • Misli Premyer liqa
  • 21:13 03.09.2026
“Zirə” braziliyalı futbolçu transfer etdi
“Qarabağ”ın futbolçusu əməliyyat olundu
  • Misli Premyer liqa
  • 20:10 02.09.2026
“Qarabağ”ın futbolçusu əməliyyat olundu