22 oktyabr 2026. Cümə axşamı

“Qarabağ”ın polşalı qapıçısı komandadan ayrıldı


“Qarabağ”ın polşalı qapıçısı komandadan ayrıldı

Azərbaycan Premyer Liqasının IV turunda “Araz-Naxçıvan”la qarşılaşmadan sonra “Qarabağ” klubunda ayrılıq yaşanıb.

90deqiqe.Az-ın məlumatına görə, polşalı qapıçısı Mateuş Koxalski  Ağdam təmsilçisindən ayrıldığını açıqlayıb.

31 yaşlı qolkiper matçın ardından tribunalara yaxınlaşaraq azarkeşlərlə vidalaşıb. O, jurnalistlərə açıqlamasında komandanı tərk etdiyini bildirib.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ildə Polşanın “Stal” (Melets) klubundan “Qarabağ”a transfer olunub. Polşalı qapıçı Ağdam təmsilçisinin heyətində 76 oyunda meydana çıxıb və 28 matçda qapısını toxunulmaz saxlayıb.







Misli Premyer liqa

“İmişli” “Turan Tovuz”u məğlub edib
  • Misli Premyer liqa
  • 17:05 18.10.2026
“İmişli” “Turan Tovuz”u məğlub edib
“Sabah” “Qəbələ”ni darmadağın edib
  • Misli Premyer liqa
  • 18:01 17.10.2026
“Sabah” “Qəbələ”ni darmadağın edib