22 oktyabr 2026. Cümə axşamı

Mikels həm het-trik etdi, həm də rekordçular sırasına yüksəldi


Mikels həm het-trik etdi, həm də rekordçular sırasına yüksəldi

Azərbaycan Premyer Liqasının 2026/27 mövsümündə ilk het-trik qeydə alınıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, “Sabah”ın bombardiri Coy Lens Mikels “Zirə” ilə ev oyununda (5:0) üç dəfə fərqlənib. Bu, həm də futbolçunun Premyer Liqada ilk het-triki olub.

Mikelsin 2-ci qolu onun Premyer Liqada rəqib qapılarından keçirdiyi yubiley – 60-cı top olub.  Almaniyalı hücumçu bu rəqəmi 61-ə də çatdırıb. Ölkəmizdə yalnız “Sabah”da çıxış edən forvard debüt etdiyi 2021/22 mövsümündən indiyədək keçirdiyi 113 oyunda buna nail olub.

Mikels Azərbaycan çempionatları tarixinə yüksək dəstədə ən çox qol vuran legioner adına şərik çıxıb. O, gürcüstanlı Georgi Adamiyaya çatıb. Düzdür, Badri Kvaratsxeliya və Filip Ozobiç daha çox qol vurub, amma onların hər ikisi Azərbaycan millisində forma geyinib.

Mikels həm də Premyer Liqada vurduğu penaltilərin sayını 10-a çatdırıb. O, bu imkanların 9-dan yararlanıb.







Misli Premyer liqa

“İmişli” “Turan Tovuz”u məğlub edib
  • Misli Premyer liqa
  • 17:05 18.10.2026
“İmişli” “Turan Tovuz”u məğlub edib
“Sabah” “Qəbələ”ni darmadağın edib
  • Misli Premyer liqa
  • 18:01 17.10.2026
“Sabah” “Qəbələ”ni darmadağın edib