22 oktyabr 2026. Cümə axşamı

Premyer Liqada 21 mövsümün rekord göstəricisi qeydə alındı


Premyer Liqada 21 mövsümün rekord göstəricisi qeydə alındı

Azərbaycan Premyer Liqasının IV turunda 26 qol vurulub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” – “Zirə” (5:0), “Kəpəz” – “Şamaxı” (1:4), “Neftçi” – “Şəfa” (4:1), “Qarabağ” – “Araz-Naxçıvan” (3:2) qarşılaşmalarının hərəsində 5 qol qeydə alınıb. “Qəbələ” – “İmişli” və “Turan Tovuz” – “Sumqayıt” (hər ikisi 2:1) matçlarında isə 3 top vurulub.

Turda orta məhsuldarlıq 4,33-ə bərabər olub. Bu, təkcə cari deyil, son 6 mövsümün rekordudur. 

Daha yüksək göstərici sonuncu dəfə 2020/21 mövsümündə qeydə alınıb. 2020-ci il noyabrın 21-23-də keçirilən X turun 4 qarşılaşmasında 19 qol vurulub. Orta məhsuldarlıq 4,75-ə bərabər olub. 

Ümumi qol sayında isə bu göstərici son 21 mövsümün rekordudur. 2005/06 mövsümünün XXVI turunda 27 qol vurulub. 2006-cı il mayın 29-30-da 7 görüşdə orta göstərici 3,86 olub.







Misli Premyer liqa

“İmişli” “Turan Tovuz”u məğlub edib
  • Misli Premyer liqa
  • 17:05 18.10.2026
“İmişli” “Turan Tovuz”u məğlub edib
“Sabah” “Qəbələ”ni darmadağın edib
  • Misli Premyer liqa
  • 18:01 17.10.2026
“Sabah” “Qəbələ”ni darmadağın edib