- Misli Premyer liqa
- 20:28 07.09.2026
“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, “ağ-qaralar” Finlandiyanın “Qnistan” klubunda çıxış edən nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib.
Avropanın müxtəlif liqalarında forma geyinən mərkəz hücumçusunun xüsusilə son üç ildə ciddi inkişaf etdiyi bildirilib.
Adeleke iki il əvvəl Finlandiyanın “İlves” klubunun heyətində ölkə çempionatının gümüş medalını qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edib. O, bu mövsüm “Qnistan”ın heyətində çempionatın keçirdiyi 22 oyunun hamısında meydana çıxıb.
2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan forvard “Qnistan”da 13 qolla komandanın bombardiri olub.
28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra “Neftçi” ilə 2+1 illik müqavilə imzalayıb.
Adeleke Akinyemi yeni komandasında 26 nömrəli formanı geyinəcək.