26 oktyabr 2026. Bazar ertəsi

“Kəpəz”in kapitanı 6 həftə yaşıl meydanlardan kənarda qalacaq


“Kəpəz”in kapitanı 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

“Kəpəz” ciddi itki ilə üzləşib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, komandanın kapitanı Dioqu Verdaşka məşq zamanı zədələnib.

Portuqaliyalı müdafiəçinin sağ bud əzələsində 14 santimetr uzunluğunda yırtıq aşkarlanıb.

Tibbi heyətin protokoluna əsasən, futbolçunun müalicəsi təxminən 6 həftə davam edəcək. Bu müddətdə Verdaşka komandasına kömək edə bilməyəcək.







Misli Premyer liqa