26 oktyabr 2026. Bazar ertəsi

“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi


“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Tovuz təmsilçisi serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviçlə müqavilə imzalayıb.

Son olaraq “Sumqayıt”ın formasını geyinən 26 yaşlı futbolçu ilə 3 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Aleksa Yankoviç karyerası ərzində Serbiyanın “Partizan”, “Çukariçki” və “Vozdovaç” klublarında çıxış edib.







Misli Premyer liqa