12 sentyabr 2026. Şənbə

“Sumqayıt” heyətini yeni vingerlə gücləndirdi


“Sumqayıt” heyətini yeni vingerlə gücləndirdi

“Sumqayıt” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az-ın məlumatına görə, "kimyaçılar" son olaraq Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqre ilə müqavilə imzalayıb.

Bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.

25 yaşlı vingerlə “1+2” illik müqavilə imzalanıb. Banqre yeni komandasında 11 nömrəli formada çıxış edəcək.

Fransanın “Tuluza” klubunun yetirməsi olan futbolçu karyerası ərzində “Tuluza”, “Trua”, “Pau” və “Qrenobl” komandalarının formasını geyinib.

Mamadi Banqre Burkina Faso millisində 9 oyun keçirib.







Misli Premyer liqa

“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
  • Misli Premyer liqa
  • 21:15 10.09.2026
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
“Kəpəz”in kapitanı zədələndi
  • Misli Premyer liqa
  • 15:00 09.09.2026
“Kəpəz”in kapitanı zədələndi