13 may 2026. Çərşənbə

AFFA hakimi vurmaq istəyən futbolçuya 5 oyunluq cəza verdi


AFFA hakimi vurmaq istəyən futbolçuya 5 oyunluq cəza verdi

AFFA İntizam Komitəsi "Sabah" klubunun futbolçusu Təmkin Xəlilzadəni 5 oyunluq cəzalandırıb. 

Corner.az-ın məlumaıtna görə, buna 26 yaşlı cinah oyunçusunun Premyer Liqanın VIII turunda "Keşlə" ilə görüşün (1:1) sonunda baş hakim Kamal Umudluya qarşı fiziki təsir göstərməyə cəhd etməsi səbəb olub. Klub isə 4 min manat məbləğində cərimələnib.

Azərbaycan millisinin futbolçusuna verilmiş 5 oyunluq cəzanın 3 oyunu şərti tətbiq edilib və 3 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində Xəlilzadə yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək. 

Paytaxt təmsilçisinin digər üzvü Filip İvanoviç həmin qarşılaşmada ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya məruz qalıb, klub isə 200 manat məbləğində cərimə olunub. 

Qeyd edək ki, Təmkin Xəlilzadə matç başa çatandan sonra baş hakimə kəskin etirazı qarşılığında qırmızı vərəqə alıb. Bundan qəzəblənən futbolçu referini vurmaq istəyib. Onu komanda yoldaşları və polislər sakitləşdiriblər.







Misli Premyer liqa

"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi