- Misli Premyer liqa
- 22:00 12.09.2026
Azərbaycan Premyer Liqasında V turun ikinci oyun gününə yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, gün ərzində iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Kəpəz” Gəncə şəhər stadionunda “Qəbələ”ni qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz”ə 3 xal qazandıran yeganə qolu Viktor Stina vurub.
Turun gün üzrə sonuncu qarşılaşmasında isə “Sumqayıt” doğma meydanda “Şamaxı” ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matçda qalib müəyyənləşməyib – 1:1.
Meydan sahiblərinin heyətində Jan Oliveyra fərqlənib. “Şamaxı”nın cavab qoluna isə Edqar Adilxanov imza atıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında V tura sentyabrın 14-də keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.