14 sentyabr 2026. Bazar ertəsi

Premyer Liqada V turun iki oyununda qalib müəyyənləşmədi


Premyer Liqada V turun iki oyununda qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib.

90deqiqe.Az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan” və “Turan Tovuz” komandaları üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Turun mərkəzi görüşündə isə “Zirə” doğma meydanda son Azərbaycan çempionu “Qarabağ”ı qəbul edib. Bu matç da heç-heçə ilə yekunlaşıb - 1:1.

Nəticələrdən sonra “Qarabağ” və “Zirə” 10 xalla turnir cədvəlində müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. “Turan Tovuz” 8 xalla beşinci, “Araz-Naxçıvan” isə 2 xalla 11-ci sırada yer alıb.

Qeyd edək ki, V turun əvvəlki oyunlarında “Neftçi” “İmişli”ni 3:2, “Kəpəz” isə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. “Sumqayıt” - “Şamaxı” qarşılaşmasında isə qalib müəyyənləşməyib - 1:1.

Turun sonuncu görüşündə sentyabrın 13-də “Şəfa” və “Sabah” komandaları qarşılaşacaqlar.







Misli Premyer liqa

“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
  • Misli Premyer liqa
  • 21:15 10.09.2026
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
“Kəpəz”in kapitanı zədələndi
  • Misli Premyer liqa
  • 15:00 09.09.2026
“Kəpəz”in kapitanı zədələndi