- Misli Premyer liqa
- 21:00 14.09.2026
“Neftçi” klubu futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb.
Bakı təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, 23 yaşlı yarımmüdafiəçi ilə yeni 2+1 illik müqavilə imzalanıb.
2024-cü ildən “Neftçi”nin formasını geyinən Səfərov son iki mövsümdə bütün turnirlərdə 50 oyuna çıxıb. O, bu qarşılaşmalarda 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Neftçi”nin baş icraçı direktoru Cenk Sümer yeni müqavilə ilə bağlı fikirlərini bölüşüb. Klub rəsmisi Səfərovu xarakteri, potensialı və meydandakı performansı ilə həm “Neftçi”yə, həm də Azərbaycan milli komandasına gələcəkdə mühüm töhfələr verə biləcək futbolçu kimi qiymətləndirib.
Cenk Sümer 23 yaşlı yarımmüdafiəçinin gənc futbolçular üçün nümunə ola biləcəyini vurğulayıb:
“Emilin daim inkişaf etmək istəyinin, əzmkarlığının, formasına sədaqətinin, klubuna və azarkeşlərimizə olan sevgisinin yaxından şahidi olduq. Gələcəkdə həm “Neftçi”yə, həm də Azərbaycan futboluna verəcəyi töhfələri nəzərə alaraq, onunla müqavilənin müddətini uzatmaq qərarına gəldik”.
Baş icraçı direktor futbolçuya “Neftçi” və Azərbaycan millisindəki karyerasında uğurlar arzulayıb.