- Misli Premyer liqa
- 18:43 02.10.2026
“Neftçi” futbolçusu Elvin Camalovla yollarını ayırıb.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunan 29 yaşlı yarımmüdafiəçi Bakı klubunun heyətində 29 rəsmi oyuna çıxıb. O, bu qarşılaşmalarda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.