- Misli Premyer liqa
- 21:00 14.09.2026
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun oyunları başa çatıb.
90deqiqe.Az xəbər verir ki, turun son qarşılaşmasında “Şəfa” son Azərbaycan çempionu “Sabah”ı qəbul edib. “SOCAR Polymer Arena”da keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Sabah”ın qollarını Patrik Mbina, Abdulah Xaybulayev və Velko Simiç vurublar.
Bu nəticədən sonra bir oyun az keçirən “Sabah” 12 xalla turnir cədvəlinin lideridir. “Şəfa” isə 3 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunlarında “Neftçi” “İmişli”ni 3:2, “Kəpəz” isə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. “Sumqayıt” – “Şamaxı” (1:1), “Araz-Naxçıvan” – “Turan Tovuz” (2:2) və “Zirə” – “Qarabağ” (1:1) qarşılaşmalarında isə qalib müəyyənləşməyib.