15 sentyabr 2026. Çərşənbə axşamı

Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol


Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol

“Sabah” Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümünün startında ardıcıl 4-cü quru hesablı qələbəsini qazanıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, bu, ölkə çempionatları tarixində yüksək dəstədə 4-cü belə seriyadır. “Xəzri” 1995/96, “Xəzər Lənkəran” 2017/2018, “Qarabağ” 2019/2020-ci illər mövsümündə ilk 4 matçında qol buraxmadan qələbələri sıralayıb. 21 il əvvəl top fərqi 6-0, sonrakı iki seriyada 10-0 olubsa, “Sabah” dörd qələbəni daha çox – 11 cavabsız qolla qazanıb.

V turda “Şəfa”nı 3:0 hesabı ilə məğlub edən “Sabah” Premyer Liqada 10-cu dəfə böyükhesablı səfər qələbəsi əldə edib. Paytaxt təmsilçisi rəqib meydanda ən azı 10 belə qalibiyyəti olan 11-ci komanda olub. İlk belə qələbə 2021-ci il dekabrın 16-da “Səbail”lə matça təsadüf edib – 3:0.

Bu qarşılaşmada fərqlənən Velko Simiç “Sabah”ın heyətində 20-ci qoluna imza atıb. O, bu yubileyə 46-cı matçında çatıb. Serbiyalı yarımmüdafiəçi Premyer Liqada 13 (31 oyun), kubokda 1 (6 oyunda), UEFA Çempionlar Liqasında 6 (9 oyunda) dəfə fərqlənib.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol