17 sentyabr 2026. Cümə axşamı

“Qəbələ”nin yeni baş məşqçisi bəlli oldu


“Qəbələ”nin yeni baş məşqçisi bəlli oldu

“Qəbələ” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

 90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, “qırmızı-qaralar” şimali makedoniyalı mütəxəssis Yeton Bekiri ilə müqavilə imzalayıb. 44 yaşlı çalışdırıcı ilə anlaşmanın müddəti 1+2 il təşkil edir.

Yeton Bekiri son olaraq ölkəsinin “Şkendiya” klubuna rəhbərlik edib. O, 2024/2025 mövsümündə bu komanda ilə Şimali Makedoniya çempionluğunu qazanıb.

Mütəxəssis karyerası ərzində “Drita”, “Qostivar”, “Renova” və “Struqa” (hamısı Şimali Makedoniya), eləcə də Albaniyanın “Bilis” klublarında baş məşqçi kimi çalışıb. Bekiri Səudiyyə Ərəbistanının “Əl-Cabalayn” klubunda isə idman direktoru vəzifəsini tutub.

Qeyd edək ki, Yeton Bekiri “Qəbələ”də rəsmi fəaliyyətə sentyabrın 20-dən başlayacaq.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol