17 sentyabr 2026. Cümə axşamı

“Kəpəz” tarixində ən gənc peşəkar qapıçı ilə müqavilə imzaladı


“Kəpəz” tarixində ən gənc peşəkar qapıçı ilə müqavilə imzaladı

“Kəpəz” klubu akademiyasının yetirməsi, 15 yaşlı Əlisahib Əliyevlə peşəkar müqavilə imzalayıb.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, gənc qapıçı bundan sonra məşqlərini əvəzedicilərdən ibarət komandada davam etdirəcək. Hazırda “Kəpəz”in U-19 kollektivinin əsas qapıçısı olan Əlisahib Əliyev peşəkar müqavilə sayəsində Əvəzedicilər Liqası və Azərbaycan Premyer Liqasında çıxış etmək hüququ qazanıb.

Əlisahib Əliyev “Kəpəz” tarixində peşəkar müqavilə imzalayan ən gənc qapıçı olub. “Sarı-göylər”in tarixində yeniyetmə futbolçu ilə son belə anlaşma 2018-ci ildə imzalanıb. Həmin vaxt 15 yaşlı müdafiəçi Ümid Səmədov əsas komandaya cəlb olunmuşdu.

Futbolla 5 yaşından məşğul olan Əlisahib Əliyev klubun rəsmi saytına açıqlamasında yeni müqavilədən danışıb.

“‘Kəpəz’lə peşəkar müqavilə bağladığıma görə çox şadam. Üzərimdə daha çox işləyib göstərilən etimadı doğrultmağa çalışacağam. Məqsədim ‘Kəpəz’in əsas heyətində debüt etmək və milli komandaya dəvət almaqdır. Gələcəkdə Avropanın ‘Top-5’ çempionatlarından birində forma geyinmək istəyirəm”, – deyə gənc qapıçı bildirib.

O, sevimli klubunun “Real Madrid”, kumirinin isə Almaniya millisinin sabiq qapıçısı Manuel Noyer olduğunu qeyd edib. Əlisahib Əliyev ayaqla oynamağı və taktiki məşqləri də üstün tutduğunu vurğulayıb.







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol