3 noyabr 2026. Çərşənbə axşamı

“Neftçi” 1000-cü oyununu qələbə ilə qeyd etdi


“Neftçi” 1000-cü oyununu qələbə ilə qeyd etdi

Azərbaycan Premyer Liqasının VI turunda “Neftçi” səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada hesab 25-ci dəqiqədə açılıb. Breno Almeyda “ağ-qaralar”ı önə keçirib. 86-cı dəqiqədə Adeleke Akinyemi fərqi iki topa çatdırıb. Lyubomir Tupta isə 90+2-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Bu qarşılaşma “Neftçi” üçün əlamətdar hadisə ilə də yadda qalıb. Bakı təmsilçisi Azərbaycan çempionatlarının yüksək dəstəsində 1000-ci oyununu keçirib. Bununla da “Neftçi” ölkə futbolu tarixində yüksək liqada bu göstəriciyə çatan ilk klub olub.

Qələbədən sonra xallarını 15-ə çatdıran Yuri Vernidubun rəhbərlik etdiyi komanda turnir cədvəlinin zirvəsinə yüksəlib. “Qəbələ” isə 4 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Misli Premyer Liqasının VI turuna sentyabrın 20-də yekun vurulacaq.







Misli Premyer liqa

Azərbaycan Kubokunda qol rekordu qeydə alınıb
  • Misli Premyer liqa
  • 12:09 30.10.2026
Azərbaycan Kubokunda qol rekordu qeydə alınıb